Qənimət Zahid

Qənimət Zahid. Jurnalist, ictimai xadim

Həyatı

Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970-78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavoduna işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla “Azadlıq” qəzetinə gəlib. Tələbəlik dövründə “YURD” birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə “YURD” adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda “Azadlıq” qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında “Azadlıq” qəzetinin baş redaktoru olub, 1992-ci ilin əvvəllərindən isə də isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib. 1994-cü ildə “Yeni Nəsil” Jurnalistlər Birliyini təsis edib və onun ilk sədri olub. 1998-ci ildə “Azad Söz” Jurnalistlər Birliyini təsis edib və onun ilk sədri olub. 2002-ci ildə “Bakı Həftəliyi” adlı qəzet nəşr edib. 2003-cü ildə yenidən “Azadlıq” qəzetinin rəhbərliyinə qayıdıb.

Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zədə vurma ittihamları ilə 2007-ci il noyabrın 11-də həbs olunub. Həmin il martın 7-də 4 il iş alıb.

2006-cı ildə Qənimət Zahid Həcc ziyarətində olub.

2012-ci ilin aprel ayının 6-dan başlayaraq efirdə olan “Azərbaycan saatı” adlı həftəlik televiziya proqramının müəllifi və yaradıcısıdır. “Azərbaycan saatı” Azərbaycanda siyasi senzuranı tanımayan ilk televiziya proqramıdır. Ardıcıl və prinsipal jurnalist fəaliyyətinə görə “Sərhədsiz Reportyorlar” beynəlxalq Juranalist təşkilatının “Dünyanın 100 informasiya qəhrəmanı” siyahısına daxil edilib. 2016-cı ilin oktyabr ayının 8-dən efirə çıxan Turan TV-nin yaradıcısıdır. Turan TV “Azərbaycan Saatı” proqramının bazasında yaradılıb, Azərbaycanın ilk müstəqil peyk televiziyasıdır.

Qənimət Zahid “Sərhədsiz Reportyorlar” beynəlxalq Juranalist təşkilatının köməyi ilə 2011-ci ildə Fransaya köçüb. Hazırda ailəsi ilə birlikdə Fransada yaşayır.

Ailəsi

Ailəlidir. Ayəndə Mürsəliyeva ilə ailə həyatı qurub. Dörd uşaq atasıdır

Xarici keçidlər

Rəsmi facebook hesabı