Milli Fond

Azərbaycan Naminə Demokratiya hərəkatının Azərbaycanın inkişaf strategiyası ilə bağlı təkliflər paketi:

Milli Fond.

Hər il Azərbaycanın bütün təbii sərvətlərindən (neft, qaz, qızıl, qiymətli metallar və. s) əldə olunan gəlirin ən azı 10 faizi Milli Fonda yerləşdirməlidir.

Bu faiz ildən ilə artırılmalıdır. Hər bir Azərbaycan vətəndaşına bu fondda pay ayrılmalıdır və o hər zaman öz hissəsinə nəzarət etmək imkanına malik olmalıdır.

Fonddakı vəsaitlər :

  • ödənişsiz təhsilə,
  • xaricdə təhsil almaq üçün dövlət proqramına,
  • tibbi sığortanın böyük hissəsinin ödənilməsinə,
  • yoxsulluğun qarşısının alınmasına
  • mümkün təbii fəlakət nəticəsində dəymiş zərərin fəsadlarının qarşısının almağına yönəldilməlidir
  • həmçin digər labud problemlərin həllində istifadə oluna bilər.

Gənc ailələr bu fonddan ildə 2-3% illik ödənişlə ipoteka krediti götürmək imkanı olmalıdır.

Kənd təsərrüfatı sahəsinin inkişafına yönəlik kreditlərin faizi 1-3 % dən yüksək olmamalıdır.

İş adamları iş qurmag (kiçik və ortasahibkarlıq) məqsədi ilə fonddan illik 3-5 % lik  kredit götürmək imkanları olmalıdır.

İş yerlərinin artırılması məqsədi ilə və innovativ texnologiyalar üzrə layihələr həyata keçirmək istəyən fiziki şəxslər üçün kredit faizləri dahada aşağı salınmaqla stimul verilməlidir..

Fondun  fəaliyyəti və gəlirləri haqqında mütəmadi olaraq ictimayyətə hesabat vermilməli və şəffavlıq təmin olunmalıdır. Fonda iqtisadçılar, alim və ekspertlətdən ibarət şura nəzarət etməlidir.

Hər bir vətəndaşın Fondun vəsaitləri və xərcləri barədə məlumata elektron çıxışı olmalıdır.

Arif Məmmədov