Lustrasiya Qanunu

Azərbaycan Naminə Demokratiya hərəkatının Azərbaycanın inkişaf strategiyası ilə bağlı təkliflər paketi:

ÖLKƏ DAXILINDƏ VƏ XARICDƏ QANUNSUZ YOLLA ƏLDƏ EDİLMİŞ ƏMLAKIN VƏ MALİYYƏ VƏSAİTLƏRİNİN AŞKAR ETMƏK VƏ MİLLİ FONDA QAYTARMAQ MƏQSƏDI ILƏ XÜSUSI YÜKSƏK SƏVIYYƏLI KOMISSIYASININ YARADILMASI.

Ölkə daxilində və xaricdə qanunsuz yolla (korrupsiya, vəzifədən sui-istifadə) əldə edilmiş maliyyə vəsaitlərinin və daşınmaz əmlakı aşkar etmək və Milli Fonda (xalqa) qaytarmaq məqsədi ilə bütün hüquq-mühafizə orqanlarından, Milli Məclisin üzvlərindən, iqtisadçılardan, QHT-lərin və digər ictimai təşkilatların nümayəndələrindən ibarət xüsusi yüksək səlahiyyətli komissiya yaradılmalıdır.Beynəlxalq ekspertlər, bu sahədə təcrübəsi olan tanınmış hüquqşunaslar dəvət edilməlidir.

Komissiya birbaşa İnterpol, Avropa Birliyinin (OLAF) korrupsiyaya qarşı xidməti, İsveçrənin, Böyük Britaniyanın və diqər Avropa ölkələrinin böyük banklarınin maliyyə kəşfiyatı ilə (Financial Intelligence Unit) sıx əməkdaşlıqda işləməlidir.

Komissiya bütün toplanan məlumatları ölkənin Təhlükəsizlik Şurasına təgdim etməli və hər üç aydan bir Parlamentə ətraflı hesabat verməlidir.

Həftəlik hesabat KİV vasitəsilə ictimaiyyətə təqdim olunmalıdır. Geri qaytarılan maliyyə vəsitləri və əmlak Milli Fonda daxil edilməlidir.

Maliyyə amnistiyası çərçivəsində, xaricdə və ölkə daxilində qanunsuz yolla əldə edilmiş vəsaitləri ve daşınmaz əmlakı könüllü şəkildə geri qaytaran keçmis məmurlara və onların qohumlarina (1 mənzil ve kiçik bağ evi) və maliyyə vəsaitlərinin 10% qədərni saxlamaq imkanı verilə bilər..
Bu vəsaitlər ölkənin qanunlarına uyğun olaraq yalnız ölkə daxilində biznes layihələrinə istifadə olunmalıdır.

Keçmis məmurlar və qohumları saziş imzalayaraq razılıq verməlidirlər ki, maddi imkanlarının hesabatlarını verərkən yalnış məlumat aşkar edilən halda bütün mülkiyyət və aşkar olunan pullar müsadirə olunaraq Milli Fonda keçiriləcək.

Komissiyanın qərarı ilə müsadirə olan bağ evləri , iqamətgahlar, pansionatlar, uşaq evlərinə, internat məktəblərinə, qocalar evlərinə, xüsusi məktəblərə, reabilitasiya mərkəzlərinə, şəhid ailələrinə, repressiya , zülm qurbanlarının ailələrinə və bu tipli məqsədlərə veriləcək.

Arif Məmmədov.