Arif Məmmədov

Arif Zahid oğlu Məmmədov — Azərbaycan Respublikasnın dövlət xadimi, diplomat, Fövqaladə və Səlahiyyətli Səfir.

Həyatı

Arif Məmmədov 1964-cü il sentyabrın 22-də anadan olub. 1983-1988-ci illərdə Moskva Hərbi Xarici Dillər İnstitutunda təhsil alıb. 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri işləyib. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olub.[1] 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiridir.

Təhsili

1983-1988-ci illərdə Moskva Hərbi İnstitutunda (VKİMO) təhsil alıb
1993 ildə Niderlandda yerləşən Klinqendael Beynəlxalq Əlaqələr İnstitutunda diplomatik təcrübə və təhsil alıb
1994 ildə Böyük Britaniyada Xarici İçlər Nazirliyinin təşkil etdiyi xüsusi kurslarda təlim keçib
İnqilis, Fransız, Rus , Həbəş, İspan dillərində sərbəst danışır.

Digər

2008-2012-ci illərdə Avropa Verqeland mərkəzinin direktorlar şurasının üzvü olub. Osloda əsaslanan bu təşkilat mədəniyyətlərarası bilik, insan hüquqları və demokratik vətəndaşlıq mərkəzi kimi fəaliyyət göstərir.

Maraqları

Arif Məmmədov idman və musiqi ilə maraqlanır.

Xarici keçidlər

Rəsmi facebook hesabı