ANDın Təsisi

2016- cı ilin sentyabr ayının 11-də Strasbuqr şəhərində Azərbaycandan olan mühacirlərin bir qrupu AND (Azərbaycan Naminə Demokratiya) adlı ictimai-siyasi təşkilat yaratdıqlarını elan etdilər.

AND-ın ilk təsis toplantısında Nizamnaməyə uyğun olaraq təşkilatın həmsədrləri seçildi:

  • Səfir Arif Məmmədov
  • Qənimət Zahid

AND-ın təsis konfransında Azərbaycandan dəvət edilmiş iki nəfər nümayəndə iştirak edib. Bunlardan biri Milli Şuranın sədri, professor Cəmil Həsənli, o biri isə Müsavat Partiyasının Divan üzvü, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu idi.